Bakı 2015
Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı son qərarı dövlət başçısı verəcək.
Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında
gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir xatırladıb ki, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına ev sahibliyi etməyə iddia etmişdi: "Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdir. Bundan başqa, Ümumdünya Şahmat olimpiadasına ev sahibliyi edəcəyik. Həmçinin Azərbaycanda "Formula 1" yarışı keçiriləcək. İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi barədə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir. Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı məsələ də var, yekun qərarı dövlət başçısı verəcək".
O, qeyd edib ki, Azərbaycanın 2024-cü il Yay olimpiadasına ev sahibliyi etməsi ilə bağlı müraciət üçün sentyabrın 15-dək vaxtı var.
Gənclər və idman naziri Avropa Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışlarında bir çox legionerlərin təmsil olunduğu Azərbaycan komandasının uğurlu nəticə göstərməməsinə də münasibət bildirib.
A.Rəhimov deyib ki, üzgüçülərin məşq etməsi üçün vacib olan ən əsas məsələ üzgüçülük hovuzunun olmasıdır: "Üzgüçülərin 50 metrlik hovuzda məşq etməsi lazım olduğu halda, onlar 25 metrlik hovuzda məşq ediblər. Bu günə kimi Bakıda Azərbaycan Üzgüçülük Federasiyasının məşq etmək və uşaqları toplaması üçün hovuzu yox idi. Bizim yığmamız son illərdə tikilən Şağan və Hövsan olimpiya idman komplekslərində 25 metrlik hovuzda məşq edirdi. Lakin bilirsiniz ki, 50 metrlik hovuz üçün 25 metrlik hovuzda məşq etmək olmaz. Bu həmin idman növünün qaydalarına ziddir".
Nazir komandada legionerlərin təmsil olunmasının normal hal olduğunu və belə bir təcrübənin bütün dünya ölkələrində olduğunu deyib.
A.Rəhimov əlavə edib ki, legionerlərin dəvəti rəqabət şəraitində digər iştirakçıları da yaxsı nəticə göstərməyə ruhlandırır: "Legionerlərin nailiyyətləri digərlərini ruhlandırır. Yaxşı olmaq üçün maddi-texniki baza olmalı, komandada kütləvilik olmalıdır. Növbəti addım seleksiya üzrə məşqçinin olmasıdır. Onlar azyaşlı ulduzları aşkar edə bilərlər. Sonda da onların məşq prosesi professional məşqçilərin nəzarəti ilə aparılır. Əgər bu olarsa, o zaman hər bir idmanda nailiyyətlər də ola bilər".
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ



















.jpg)




.jpg)




.png)




