Bakı 2015
Avropa Oyunları 61 televiziya kanalı vasitəsilə dünyanın 145 ölkəsində yayımlanır
"Birinci Avropa Oyunlarında idmançıların bacarıq səviyyəsi yüksəkdir və onlar böyük əzmkarlıqla calışırlar".
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat
konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov
deyib.
Nazir bildirib ki, yarışlarda Azərbaycan yığma komandası 2-ci
yerdədir. İlk dördlükdə Azərbaycanla yanaşı, Rusiya, Almaniya və
Böyük Britaniya var: "I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan
komandası zәfәr günlәrini yaşayır. Azәrbaycan reytinqdә 2-ci yerdә
qalib. Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Әnәnәvi idman
növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn
qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti
bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır.
İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet
alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti
formalaşır".
A.Rəhimov könüllülərin işindən də razılıq edib: "Biz onlara
təşəkkürümüzü bildiririk ki, onlar bütün günü çalışırlar. Onların
bütün işlərdə köməyi çoxdur".
Nazir qeyd edib ki, yarışlar ümumilikdə 61 televiziya kanalı vasitəsilə dünyanın 145 ölkəsində yayımlanır: "824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq".
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi













.jpg)





.jpg)

















.jpg)
.jpg)