Bakı 2015
Bakı 2015-in bağlanış mərasiminə kim gələcək?
İyun ayının 28-də keçiriləcək Avropa Oyunlarının bağlanış mərasimində dövlət başçıları iştirakı gözlənilmir.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman
naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında
deyib.
"Bağlanış tədbirində dövlət başçılarının iştirakı gözlənilmir.
Lakin müəyyən ölkələrin baş nazir, baş nazir müavini, parlament
sədri səviyyəsində təmsil ediləcəyi ehtimal olunur. Amma bu məsələ
ilə prezident protokolu məşğul olur. Buna görə də mən bu haqda
konkret məlumat verə bilmirəm", - deyə Azad Rəhimov
bildirib.
A.Rəhimov Azərbaycanın 2024-cü ildə Olimpiya Oyunlarına ev
sahibliyinə namizədliyi məsələsinə də toxunub. O, bu haqda qərarı
ölkə rəhbərinin verəcəyini deyib.
"Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə, yarışlara
ev sahibliyi edib və bəzilərinin keçirilməsi də artıq
planlaşdırılıb. Bütün bunlar idmanın inkişafı ilə yanaşı, ölkəmizin
beynəlxalq tədbirləri keçirməyə nə dərəcədə hazır olduğunbu
yoxlamaq üçündür və bu tədbirlər Olimpiya Oyunlarına gedən bir
yoldur. Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək.
Bundan sonra qərar veriləcək".
Xatırladaq ki, Avropa Oyunlarının açılışı iyun ayının 12-də
olub. Mərasimdə 30-a yaxın dövlət və hökumət başçısı iştirak edib.
Onların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın
dövlət başçısı Vladimir Putin, Monako Şahzadəsi II Albert, Belarus,
Serbiya prezidentləri və sairə rəsmilər olub.
Dünyanı heyrətə salan gecənin əsas qonaqlarından biri isə
tanınmış müğənni Ledi Qaqa olub. O piano arxasında əyləşərək, Lady
Gaga “İmagine” (Xəyal Et) mahnısını ifa edib. Yayılan məlumata
görə, Ledi Qaqa bu çıxışı üçün 2 milyon dollar qonorar
alıb.
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü


















.webp)





.png)














.jpg)