Bakı 2015
Bürünc medal qazanan boksçumuz: “Bu yaylıqda sanki bir uğur var”
“Bugünkü döyüşüm çox çətin keçdi. Hər birimizin öz taktikası var idi”. Bunu lurnalistlərə açıqlamasında boks üzrə Azərbaycan yığmasının üzvü Yana Alekseyevna deyib.
Publika.az xəbər verir ki, Bakı 2015 I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Keti Teylora (İrlandiya) məğlub olaraq, bürünc medalla kifayətlənib.
Yana Olimpiya çempionuna məğlubiyyəti belə izah edib:
“Məşqlərdə atamın verdiyi bütün tapşırıqları yerinə yetirdim. Bu dəfə daha inamlı çıxış etdim. Məğlub olsam da, burada iştirak etməklə böyük təcrübə qazandım və Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına yollar açıldı”.
Döyüşlərə başında yaylıqla çıxan Alekseyevna bunun sirrini də açıqlayıb:
“Hər bir xanım idmançı döyüşə talismanla çıxır. Döyüşə çıxdığım yaylıq mənə anam tərəfindən xeyir-dua olunaraq hədiyyə edilib. Bu yaylıqda sanki bir uğur var. Ona görə də rinqə yaylıqsız çıxmıram”.
Boksçumuz hədəfinin Olimpiya Oyunları olduğunu vurğulayıb:
“Bundan sonrakı planlarım belədir ki, ilk növbədə istirahət edəcəm. Sonra isə məşqlərimi davam etdirəcəm. Məqsədim odur ki, Braziliyada keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanın bayrağını qaldırım. Azərbaycan mənim üçün çox şey edib”.
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı - Ölənlər var/VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır














.jpg)

.webp)

















.jpg)


