Bakı 2015
Bakı-2015: Bağlanış Mərasimindən ilk görüntülər - VİDEO
İlk dəfə keçirilən Avropa Oyunlarının bağlanışını bayram
etməyə getdikcə yaxınlaşırıq.
Publika.az-ın məlumataına görə, bazar günü gündüz saatlarında
Azərbaycanın paytaxtında 17 gün davam edən intensiv yarışların son
günü olacaq. Bakı 2015-in son qızıl medalları öz sahiblərini
tapacaq.
Bütün diqqətlər isə Bağlanış Mərasimi üçün yenidən Olimpiya
Stadionuna yönələcək. Ölkə sakinləri, avropalı idmançılar və
qonaqlar Xəzər dənizinin yaxınlığında baş tutacaq Açılış Mərasimi
ilə eyni dərəcədə unudulmaz tədbirin şahidi olacaqlar.
Avropa Oyunları başa çatacaq, lakin onun ruhu daim yaşayacaq.
Olimpiya Stadionu Bakı 2015-in Alovunun bu tədbirin iştirakçısı
olanların ürəyində sönməməsini təmin edəcək ikinci möhtəşəm
mərasimi qəbul etməyə hazırlaşır.
Möhtəşəm tədbirin keçirildiyi stadionun tikilməsinə 20,5 milyon
saatdan çox əmək sərf olunub. Bazar günü stadion axşam saatlarında
başa çatmaqda olan Oyunların emosiyalarına və səmanı bəzəyən 10 min
pirotexniki qurğunun səslərinə bir daha qərq olacaq.
Bakı 2015-in Bağlanış Mərasimi barədə əlavə
faktlar:
Stadionun daxilində 250 metr uzunluğunda 7,5 ton ağırlığa tab
gətirən xətlər çəkilib
Üç səhnədə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri
Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük
800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil
2000-dən çox işıqlandırma qurğusu
Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumulyator
2011-ci ildən etibarən Olimpiya Stadionunun tikintisinə 20,5 milyon saat əmək sərf olunub
10 min ədəd pirotexniki qurğu
Mərasimin möhtəşəm atəşfəşanlıq səhnəsinin hazırlanması üçün sahədə 5 min saat əmək sərf olunub
Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib
Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib.
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir




















.jpg)


















