Bakı 2015
Nurullayeva: “Biz çox yüksək nəticə gözləyirdik...”
Bakı-2015 Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva yarışla bağlı maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri bu gün keçirilən mətbuat konfransında eyni zamanda qazanılan medalların sayından məmnun qaldığını deyib və azarkeş dəstəyinə də toxunub:
“Əldə etdiyimiz uğur təkcə mənim yox, dövlətimizin, idmançılarımızın uğurudur. Ümid edirəm ki, medal siyahısında hazırkı yerimizi qoruya biləcəyik. Nümayəndə heyətinin rəhbərinin medalları hesablamaqla yanaşı, başqa işləri də var. Biz nümayəndə heyətinin qayğısına qalmalıyıq. Biz çox yüksək nəticə gözləyirdik və bu nəticə də hamımızı sevindirir. Media, rəsmi heyət Oyunları yaxından izləyir. Azarkeşlərin inanılmaz dərəcədə diqqətini görürük. Bəzən zalın boşalması normal haldı. Bu, ciddi nöqsan deyil. Amma ümumilikdə azarkeşlərin dəstəyi yüksək səviyyədədir”.
Nurullayeva MOK-un hadisələrdən kənarda qalması ilə bağlı sualı belə cavablandırıb: “MOK gündəlik olaraq, mətbuat konfransı təşkil edir, qalib gələn idmançılarla görüş təşkil edir. Mətbuat da bunu geniş işıqlandırır. Yəni, MOK bu məsələlərdən kənarda deyil”.
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
















.png)








.png)













.jpg)