Bakı 2015
Azad Rəhimov Avropa Oyunlarının bayrağını təhvil verdi
Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.
Bu barədə Publika.az-a Bakı-2015 Avropa Oyunları Əməliyyat
Komitəsindən məlumat verilib.
Tədbirdən sonra çıxış edən P.Hikki deyib: “30 aydan bir qədər çox
müddətdə Bakı Avropa Oyunlarının himayədarı olub. Bu gün EOC
Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə
biləcəyimizdən daha böyük potensialla geriyə təhvil alır.
Bakı-2015-in verdiyi ən böyük tohfələrdən biri bundan sonra
keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması
oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra bu yarışların
gələcəyi təmin olunub".
Mərasimdə çıxış edən nazir A.Rəhimov bildirib: "Cənab prezident,
mən sizə xüsusi bir təqdimat qutusunda Avropa Oyunlarının bayrağını
təqdim edirəm. Onun içərisində növbəti Avropa Oyunlarına ev
sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının
növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar
var".
Mərasimdə EOC-un İcraiyyə Komitəsi, EOC Bakı-2015 Avropa Oyunları
Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı-2015 Avropa Oyunları
Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu
olmasında böyük rol oynamış 12 500 alovqoruyan könüllünün
təmsilçiləri iştirak ediblər.
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu



































.jpg)
.jpg)