Bakı 2015
Səbinə Abdullayeva: “Görüşə keyidici iynə ilə çıxmışdım”
Avropa Oyunlarında gümüş mükafatı qazanaraq Azərbaycanın aktivində olan medal sayını artıran idmançılardan biri də paralimpiyaşı cüdoçu Səbinə Abdullayeva oldu. S.Abdullayeva -57 kq çəki dərəcəsində çıxış edərək gümüş medal qazandı. O, finalın bir addımlığında zədə üzündən rəqibinə məğlub olaraq gümüşlə kifayətləndi.
Səbinə Abdullayeva təəssüratlarını Publika.az-la bölüşüb. O, müsahibəsində zədəli olsa da, tez zamanda müalicə olunub məşqlərə qayıtmağı planlaşdırdığını, istirahəti düşünmədiyini deyib.
- I Avropa Oyunlarında gümüş medal qazandız. Bu cür turnirdə medalçılar sırasına düşmək özü böyük uğurdur. Təəssüratlarınız necədir?
- Öncə onu deyim ki, medaldan öncə hələ ilk görüşümdə xalqımızın məni bu qədər dəstəkləməsi, adımı səsləndirmələri mənim üçün ən böyük mükafat idi. Keçirdiyim görüşlərdə əldə etdiyim qələbələrin hamısını onların səsi ilə qazandım. Azarkeşlərin Azərbaycan səsləməsi, adımı çəkmələri məni daha da qələbəyə doğru aparırdı. Təəssüf olsun ki, ayağımı zədələdiyim üçün, final görüşündə məğlub oldum. Final görüşünün ilk dəqiqələrində üstünlük məndə idi. Lakin zədəm məni incitdiyi üçün ayaq üstə dura bilmirdim. Axsaya-axsaya güləşdim, finalda da məğlub oldum.
- Finala çıxa biləcəyinizi düşünürdüz?
- Düşünürdüm dedikdə, məşqlərimiz güclü gedirdi. İnamım var idi ki, medal olacaq. Deyə bilməzdim ki, mən finala çıxacam, ya da qızıl qazanacam. Ümidim var idi, amma yüz faizli əminliklə deyə bilməzdim.
- Dizin ikinci görüşdə zədələnmişdi?
- Yox, ilk görüşdə rəqibimə fənd atarkən dizi üstə dəydim. Əvvəlcədən də zədəm var idi. Yarımfinalda isə zədəm daha da gücləndi, həm də çıxıb dedilər. Oradakı həkimlər saldılar, müalicə etdilər, keyidici vurdular. Elə final görüşünə də keyidici iynə ilə çıxmışdım. Final görüşündə də diz qapağımın üstünə düşdüyüm üçün artıq keyidici iynənin təsiri itmişdi.
- Əvvəlcədən zədəm var idi dediniz. Bu nə vaxt olmuşdu?
- Bu zədə 2015-ci ilin fevralında Dünya kubokunda olmuşdu. Müalicə almışdım. 1 ay idi ki, müalicənin vaxtı bitmişdi, yenidən zədələndi.
- Bir də çiyninizdə nəsə problem yaranmışdı.
- Bu zədəm də əvvəldən var idi. Çiyinin pərdə deyilən hissəsi deşilmişdi.
- Bir müddət dincəlməyi düşünürsüzmü?
- İnanmıram ki, fasilə edə bilim. Sadəcə dizim və çiynimi mualicə edib yenidən məşqlərə qayıdacam. Çünki bizi qarşıda 2016-cı ildə Rio-de-Janeyrodakı Paralimpiya Oyunları gözləyir.
Aygün İlqarqızı
FOTOLAR: Elçin Murad
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika23 Aprel 17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial23 Aprel 16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi





















.jpg)
















