Bakı 2015
“Sevinirəm ki, tarixə mənim də adım yazıldı” - FOTO
Avropa Oyunlarında medal qazanaraq hər kəsi sevindirən idmançılardan biri də taekvondoçumuz Fəridə Əzizovadır. O, çıxış etdiyi -67 kq çəki dərəcəsində gümüş medal qazandı.
Maraqlıdır, 17 günlük idman bayramının bir iştirakçısı kimi Fəridə Əzizova nə düşünür, Avropa Oyunları bundan sonra onun xatirələrində necə qalacaq? Belə bir turnirdə gümüş medal qazanmaq ona hansı hissləri yaşadıb? - Bu suallara cavab tapmaq üçün Fəridənin fikirlərini öyrəndik.
Publika.az-a danışan xanım idmançımız Avropa Oyunlarının bundan sonra da yaddaşlarda qalacağını bildirdi. O, növbəti Avropa Oyunlarının bu cür möhtəşəm keçməyəcəyini düşündüyünü də dilə gətirdi:
“Avropa Oyunları ilk olduğu üçün heç bir təsəvvürüm yox idi. Amma o qədər təntənəli və gözəl keçdi ki, bu, bizim tariximizə çox yaxşı yazıldı. Bu, tarixi bir hadisə idi. Sevinirəm ki, bu tarixə mənim də adım yazıldı. Mən bilirəm ki, Avropa Oyunları artıq heç yerdə bu dərəcədə möhtəşəm keçməyəcək.
Mən bu möhtəşəm Avropa Oyunlarına görə ölkə başçımız cənab İlham Əliyev və ölkəmizin I xanımı Mehriban Əliyevaya öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizə bu sevincli və həyəcanlı günləri yaşatdınız”.
İndi qarşıda Fəridəni bir neçə beynəlxalq turnir və ən əsası Rio-de-Janeyro Olimpiya Oyunları gözləyir.
Qeyd edək ki, dünən prezident İlham Əliyev taekvondoçumuz Fəridə Əzizovanı “Tərəqqi” medalı ilə təltif edib.
Aygün İlqarqızı
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
Sosial10:09Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - YENİLƏNDİ
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...













.jpg)



.jpg)






.png)













