Bakı 2015
Niyazi Əliyev: “Şükür ki, oradan üzüağ, alnıaçıq şəkildə çıxdıq”
Niyazi Əliyev Avropa Oyunlarında karate üzrə bürünc medal qazandı. O da Avropa Oyunları haqda fikirlərini səsləndirib. İdmançımız Avropa Oyunlarının bir parçası olduğu üçün qürur hissi keçirdiyini dilə gətirib.
Publika.az-a danışan Niyazi Əliyev Avropa Oyunlarının onlar üçün böyük motivasiya olduğunu deyib:
“Avropa Oyunları bizim üçün sevincli xatirələrdir. Həm də dərin izləri qalacaq. Avropa Oyunları xəyal kimi idi. Yuxu kimi gəldi, yuxu kimi getdi. Çoxdandır gözləyirdik. Şükürlər olsun ki, üzüağ, alnıaçıq şəkildə bunun öhdəsindən gəldik. Çox gözəl təşkil olunmuşdu. Tarixə qızıl hərflərlə yazılan bir gün oldu. Sevinirəm ki, mən də Avropa Oyunlarının bir parçası oldum. Medal qazandım.
Avropa Oyunlarında çıxışıma gəldikdə yarışa çıxmamışdan əvvəl qızıl medal qazanacağıma əmin idim. Çünki sonuncu Avropa çempionu da mən olmuşdum. Lakin bürünclə kifayətləndim”.
Aygün İlqarqızı
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək

































.jpg)
.jpg)