Bakı 2015
Pərviz Bağırov: “Avropa Oyunları bizim üçün böyük motivasiya oldu”
“Avropa Oyunları həm mənim, həm də bütün idmançılar üçün böyük uğur oldu”. Bu fikirlərin müəllifi İlk Avropa Oyunlarında 69 kq çəki dərəcəsində boks yarışlarında qızıl medal qazanmış Pərviz Bağırovdur.
O, Publika.az-a açıqlamasında Avropa Oyunları sayəsində böyük motivasiya qazandığını bildirib:
“I Avropa Oyunları həmçinin bizə daha yaxşı təcrübə qazandırdı. Bu yarış bizi növbəti turnirlərdə də yaxşı nətiəcələr göstərməyimiz üçün ruhlandıracaq. Təşkilatçılığa gəldikdə isə təşkilat işləri doğrudan da mükəmməl səviyyədə idi. Bu mötəbər turnirə Avropa ölkələrinin ən güclü idmançıları, boksçuları gəlmişdi”.
İdmançı onun üçün çətinlik yaradan döyüşdən də danışdı:
“Etiraf edim ki, ən çətin döyüşüm finaldakı idi. Rəqibim Avropa çempionu idi. Ümumiyyətlə, Rusiyadan olan boksçular həmişə güclü olurlar. Onunla ilk dəfə idi qarşılaşırdıq. Ancaq görüşlərini izləmişdim, bir idmançı kimi tanıyırdım. Şükürlər olsun ki, mən qalib gəldim. İndi qarşıda dünya çempionatı bizi gözləyir. Daha sonra Olimpiya Oyunlarında qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşam”.
Qeyd edək ki, prezident İlham Əliyev onu Avropa Oyunlarındakı uğuruna görə, “Şöhrət” ordeni ilə təltif edib.
Aygün İlqarqızı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)


















.jpg)
.jpg)