Bilgi.az
“İçməli kitab”: Kitabdan su mənbəyi kimi istifadə ediləcək
Hər il dünyada 500 min uşaq çirkli içməli sudan zəhərlənərək dünyasını dəyişir.
Publika.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbərə görə, bu prosesin qarşısını almaq üçün alimlər tərəfindən təkcə bilik yox, eləcə də su mənbəyi kimi istifadə oluna biləcək xüsusi kitab hazırlanıb.
"İçməli kitab" (Drinkable Book) adlanan bu kitabın səhifələri gümüş nano hissəciklərlə örtülüdür. Gümüşün suyun tərkibində olan bakteriyaları təmizləmək xüsusiyyəti elmə çoxdan məlum idi. Lakin bu metalın adi kağız parçası ilə birlikdə istifadəsi yenilikdir.
Kitabdan istifadə etmək üçün ondan bir səhifə qoparıb filtr qutusuna yerləşdirib suyu üzərindən süzmək lazımdır. Bir səhifə 99,9% mikrobları zərərsizləşdirə bilir. Bu kitab vasitəsilə bir insanın 4 illik içməli su tələbatını ödəmək olar. Kitabın səhifələrində içməli su təhlükəsizliyi haqqında informasiya da tapmaq olur.
Kitab Banqladeş və Afrikanın bir sıra ölkələrində sınaqdan keçirilib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ