Bilgi.az
Gəlin köçəcək qızlar, bu xəbəri oxuyun!
Gənc qızların xəyalını qurduğu bu ən xüsusi gündə - toy günündə qüsursuz görünmək arzusu onların ən təbii haqlarıdır. Gəlin paltarılarının içinə girə bilmək və incəcik bir görünüşə sahib olmaq üçün gəlinlər indidən bu pəhrizə başlamalıdırlar.
Bəs gələcək gəlinlərin necə qidalanması və hansı pəhrizlər müraciət etməsi lazımdır? Publika.az atv.az-a istinadən bildirir ki, diyetşünas Aişə Tuğba Şengel 3 günlük gəlin diyeti proqramını təklif edib.
Gəlinlik diyeti və diqqət yetirməniz lazım olan 5 nöqtə
Gəlinlərin nə qədər sağlam qidalansalar və gümrah olsalar, toy günü o dərəcə qüsursuz görüneceklerini ifadə edən Aişə Tuğbanın fikrincə, bu, gəlinlərin toydan əvvəl etdiyi fiziki fəaliyyətlərlə sıx bağlıdır. Gərgin və zəhmətli keçən bu günlərdə qarşılaşılan çətinliklər hərəkətlə, əslində, yoluna qoyulur: hərəkətdə olma bədənin gümrahlığını və mütənasibliyini təmin edərək incəcik bir qarın və belə sahib olmağı mümkün edir. Diyetşünas bu mövzuda diqqət edilməsi lazım olan 5 nöqtəni belə sıralayır:
Toydan əvvəlki həftə mütləq yediklərinizə diqqət etməlisiniz!
1. Konserv növü və çox duzlu məhsullardan uzaq dayanmaları
lazımdır. Duzlu qidalar məhdudlaşdırılrsa, bədəndə su tutumu çox
olur. Bu səbəbdən şiş meydana gələr, şiş bir qarın və bədən gəlini
toy günü narahat edəcək.
2. Sadə karbonhidratlar qəbul etməkdən çəkinməlidirlər, çünki
keyfiyyətsiz karbohidratlar şəkər tarazlığının pozulmasına səbəb
olur, adam halsızlıq və yorğunluq hiss edər. Toy əvvəlində daha çox
enerji verən zülal qrupundan olan qidalar daha doğrudur.
3. Qaz yaradan quru paxlalar, turşulu içkilər, yağlı yeməklərdən
mütləq uzaq dayanılmalıdır.
4. Suqəbulu artırılmalıdır. Toy təlaşı içərisində susuzluq və aclıq
qarışdırıla bilər. Yemək yerinə mütləq su içməyə yönəlmək lazımdır.
Su qəbul etməmək gəlində halsızlıq və yorğunluq yaradar.
5. Toy əvvəli stress və həyəcan ilə adamda qəbizlik və şiş meydana
gətirə bilər. Bitki çayları qəbul edərək stress azaldıla bilər.
Qəbizlik və şiş üçün gilas sapı və bibəriyə dəmlənib içilə
bilər.
Toydan əvvəl ediləcək 3 günlük gəlin diyeti
1-ci gün
Yuxudan durunca: 1 stəkan su + 2 dənə quru ərik
Səhər (09:00): 1 qaynatma yumurta, 1 dilim pəhriz çörəyi
Ara yeməyi (10:30): 2 incə dilim ananas, 2 ədədqoz
Günorta (13:00): 120 qram yağsız qızartma bonfile, 1 kasa kələm
şorbası
Ara(15:30): 1 ədəd kivi, 6 ədəd çiy badam
Axşam (19:00): 1 kasa qatıq, 10 qaşıq balqabaq yeməyi
Ara (21:00): 10 dənə çiyələk, 6 ədəd çiy fındıq
2-ci gün
Yuxudan durunca: 1 stəkan su + 2 dənə quru ərik
Səhər (09:00): 1 dilim pendir (az yağlı), 6 ədəd duzsuz zeytun, 1
dilim pəhriz çörəyi
Ara (10:30): 10 ədəd təzə ərik, 2 ədəd qoz
Günorta (13:00): 120 qram yağsız qaynatma toyuq, 1 kasa az yağlı
qatıq
Ara (15:30): 1 dilim pendir, 1 dənə qrisini (qrissini - ənənəvi
İtalya çörəyi, adətən, qələmdən böyük çubuqlar kimi)
Axşam (19:00): 12 yemək qaşığı ispanaq yeməyi, 1 kasa az yağlı
qatıq
Ara (21:00): 2 incə dilim ananas, 6 ədəd çiy fındıq
3-cü gün
Yuxudan durunca: 1 stəkan su, 2 ədəd quru ərik
Səhər (09:00): 1 qaynatma yumurta, 1 dilim pəhriz çörəyi
Ara (10:30): 1 ədəd kivi, 6 ədəd çiy badam
Günorta (13:00): 12 yemək qaşığı semizotu, 1 dilim pəhriz
çörəyi
Ara (15:30): 10 ədəd çiyələk, 2 ədəd qoz
Axşam (19:00): 12 yemək qaşığı ispanaq, 1 kasa az yağlı qatıq
Ara (21:00): 1 kiçik boy alma və ya 2 incə dilim ananas.
-
Sosial16:18
Əli Əsədov yeni qərarlar imzaladı
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO
-
Enerji14:18
Azərbaycandan Avropaya qaz ixracı artıb: Ən çox hansı ölkələrə satırıq?
-
Dünya13:34
Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
-
ABŞ12:38
ABŞ-ın bu yaşayış məntəqəsində seçkinin nəticələri açıqlandı: Kim qalib gəlib?
-
Dünya12:05
Stoltenberqin sovet kəşfiyyatı ilə bağlı əlaqələri üzə çıxdı: Təxəllüsü "Steklov" olub
-
ABŞ11:22
ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir