Astma xəstəliyindən “müalicə üsulu”- Fotolar
Bizi izləyin

Bilgi.az

Astma xəstəliyindən “müalicə üsulu”- Fotolar

Astma xəstəliyindən “müalicə üsulu”- Fotolar

Hindistanda astma xəstəliyindən müalicənin maraqlı bir üsulu kəşf olunub.

Hər il minlərlə insan astma xəstəliyindən qurtulmaq üçün diri balıq udmağa toplaşır. Belə ki, ənənəvi olaraq hər ilin iyun ayında astma xəstələri Heydərabad şəhərində Batini Qud ailəsinin evinə toplaşırlar. Sirri yalnız bu ailəyə məxsus olan “müalicə” üsulunda 5 santimetr uzunluğunda olan diri balıq sarı bir maddənin içərisinə yerləşdirilir və asma xəstəliyindən əziyyət çəkən şəxsə onu udmaq tövsiyə olunur. Bu səbəbdən də, minlərlə adam rahat nəfəs almaq üçün Batini Qud ailəsinin evinə üz tutur.

Ailə astma xəstəliyinin ”müalicənin” sirrinin 1845-ci ildə Hindu müqəddəsindən aldığını iddia edir. Üç il davam edən “müalicə” sonrası xəstələrin sağalacağına zəmanət verilir.

Lakin həkimlər bu cür müalicə üsulunun elmi cəhətdən təsdiqlənmədiyini vurğulayırlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm