Tailand polisi rus avtoriteti təyyarəyə əlil arabasında mindirdi
Bizi izləyin

Bilgi.az

Tailand polisi rus avtoriteti təyyarəyə əlil arabasında mindirdi

Tailandda İnterpol xətti ilə beynəlxalq axtarışda olan rus avtoritet, “Şelkovski”qruplaşmasının lideri Aleksandr Matusovun həbs olunması barədə bir müddət əvvəl məlumat vermişdik.

Publika.az News.ru.com saytına məlumat verir ki, “Basmaç”ləqəbli Aleksandr Matusov Rusiyaya ekstradisiya edilərkən Svarnabxubi aeroportunda polislərə müqavimət göstərib. Sənədlərin qeydiyyatı zamanı Matusov döşəməyə uzanaraq Moskvaya qayıtmayacağını bildirib. O deyib ki, Tailandda heç bir qanun pozuntusuna yol verməyib. Cinayətkarı dilə tutmaq cəhdləri də nəticə verməyib.

Sonda polislər Matusovu zorla əlil arabasına oturdaraq Moskvaya uçan təyyarəyə mindiriblər.

Xatırladaq ki, “Basmaç”ın qruplaşması 60-dan çox sifarişli qətl törədib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm