Bilgi.az
Reytinq qıran video: Xəstə ana qızını tanıdı - FOTOLAR, VİDEO
ABŞ-ın Corciya ştatından olan Kelli Qundersonun yüklədiyi video 5 gün ərzində 2 milyon insan tərəfindən izlənilib.
"God’s Gift" ("Allah vergisi") başlıqlı videoda Altshaymer xəstəliyindən əziyyət çəkən 87 yaşlı qadın və qızı əks olunub. Qeyd edək ki, bu xəstəlikdən əziyyət çəkən insanlar hətta yaxınlarını belə tanıya bilmirlər. Elə videonun da baxımlı edən ağır xəstəlikdən əziyyət çəkən yaşlı qadının qızını tanıması olub.
Qısa müddətə də olsa, qadın qızı Kellini tanıyıb və onu necə sevdiyini deyib. Kiçikhəcmli süjetdə Altshaymer xəstəsi olan qadın əvvəlcə kiminlə söhbət etdiyini bilmir. Bir neçə kəlmədən sonra ana qəfildən qarşısındakının qızı olduğunu xatırlayır. Yaddaşı anidən qayıdan qadın qızı Kellini sevdiyini deyib və başını tutaraq nəsə söyləməyə çalışır. Qızı onun nə düşündüyünü soruşduqda cavabında "səni sevirəm, Kelli" kəlmələrini eşidir. Övladı da öz növbəsində "Mən də səni sevirəm, ana" cümləsini dilə gətirir. Yaşlı qadın soruşur: "Biz ikimiz də eyni anda eyni şeyi düşünürük, elə deyilmi?"
Xatırladaq ki, dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 26,6 milyon nəfərdir və bu rəqəm 2050-ci ilədək 4 dəfə artacaq.
Nura
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ