Bilgi.az
Ev tapşırığından qaçan şagird 11-ci mərtəbəyə dırmaşdı – FOTOLAR
Çinin Sızuan əyalətində yerli əhalini və hüquq mühafizə orqanlarının əməkdaşları şok halı yaşayıblar. Belə ki, 12 yaşlı şagird ev tapşırıqlarını yerinə yetirməkdən boyun qaçıraraq anasından gizlənib. Uşaq gizlənmək üçün maraqlı bir yer seçib – o, anasından qaçaraq 11-ci mərtəbənin eyvanının təhlükəli küncündə düz 2 saat oturub.
Məlumat verildiyi kimi, bazar ertəsi Çində payız bayramı qeyd edildiyindən dərslər təxirə salınıb. Syao Kay adlı 12 yaşlı şagird də səhər tezdən duraraq ev tapşırıqlarını etməkdən boyun qaçırıb. İstirahət günün olmasına baxmayaraq, uşağın anası ondan ev tapşırıqlarını yerinə yetirməyi tələb edib.
Valideynləri ilə mübahisə edən yuxulu uşaq otağına girərək qapını bağlayıb. Bundan sonra o, eyvana çıxıb və aşağıdakı qonşunun eyvanının üstündə oturub. Anası otağın açarını taparaq otağa daxil olub. Lakin oğlan artıq anası üçün əlçatmaz yerdə imiş.
Oğlanı ilk görən keşikçi olub və kişi dəhşətə gələrək dərhal əraziyə yanğınsöndürmə xidmətini çağırıb. Uşaq heç onu otağa qayıtmağa səsləyən anasına da əhəmiyyət verməyib. Oğlan heç hadisə yerinə gələn polis əməkdaşlarının da çağırışına əhəmiyyət verməyib.
Anası onu döyməyəcəyinə və ev tapşırıqlarını etməyə bir də məcbur etməyəcəyinə söz verdikdən sonra Syao xilas edilib. Onun xilasına 2 saat vaxt sərf olunub.
Oğlan ona atılmış kəndirdən yapışaraq otağa qalxıb. Təhsil idarəsindən verilən məlumata görə, Syao yaxşı şagirddir, lakin qapalı xarakterə malikdir. O, sadəcə, anasının onu döyməsindən bezib.
Ana sorğu-sual üçün polis bölməsinə çağırılıb və nəzarətə götürülüb.
Nura
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ