Bilgi.az
Kennedinin məşuqəsinə belə demişdilər -Gələcək haqqında proqnozlar
1859-cu il
"Yəni demək istəyirsiniz ki, torpağı qazmağa başlayaq və neft tapmağa çalışacaq? Dəlisiz?"
Köməkçilərinin Edvin Dreykə dediyi sözlər(Azadlıq.org).Amerikada
neft kəşfiyyatı işlərinə ilk dəfə Bleyk başlayıb.
1873
“Ürək və beyində cərrahiyyə əməliyyatları heç zaman mümkün
olmayacaq”.
Ser Con Erik Eriksen, ingilis cərrahı, kraliça Viktoriyanın həkimi
1878
“Paris sərgisi bağlanan kimi elektrik lampasının da kitabı
onunla birlikdə bağlanacaq və daha heç kimin yadına
düşməyəcək”.
Erasmus Uilson (Oksford professoru)
1896
“Rentgen şüalarının bir aldanış olduğu üzə
çıxacaq”.
Lord Kelvin, Britaniya fiziki, riyaziyyatçısı
1903
“At qalıcıdır, avtomobil isə gəldi-gedər bir
yeniikdir”.
Miçiqan Bankının sədri “Ford Motor” şirkətinin səhmdarlarından olan Horace H. Rekhemə məsləhət verir ki, avtomobil sənayesinə sərmayə qoymasın.
1944
“Yaxşısı budur, get katibə işlə, o da olmasa, ərə
get”.
Model Agentliyinin sahibi Emmeline Şivelinin gələcəyin məşhur modeli, aktrisası Merlin Monroya verdiyi məsləhət. Xatırladaq ki, Monro sadəcə gözəl aktrisa kimi deyil, həm də ABŞ preizdenti Kennedinin məşuqəsi kimi tarixə düşüb.
1955
“Rok N”Roll? Ömrü iyuna qədər çəkər”.
“Variety” məcmuəsi
1999
Google-un texniki direktoru, məşhur futuroloq Reymond Kurtsvel
1999-cu ildə çapdan çıxan kitabında bəzi proqnozlar vermişdi.
Yazmışdı ki, 10 ildən sonra insanlar mətnlərin çoxunu səsi
hərfə çevirən proqramlar vasitəsilə yaradacaq.
Düzdür, indi belə proqramlar var, amma insanlar yenə də daha çox
klaviaturadan istifadə edirlər.
Onun daha bir proqnozu mobil telefonlarla bağlı idi. Kurtsvel
demişdi ki, 2009-cu ildə telefonların çoxu tərcümə
proqramları ilə təchiz olunacaq və insan, dilini bilmədiyi
həmsöhbəti ilə sinxron tərcümə proqramlarının köməyilə asanlıqla
danışa biləcək.
Düzdür, “Google Tərcümə” indi çoxlarının köməyinə çatır, amma
telefonların danışığı sinxron tərcümə eləməsinə yəqin hələ çox
var.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO