Bu kəndin oğlanlarına heç kim qız vermir
Bizi izləyin

Bilgi.az

Bu kəndin oğlanlarına heç kim qız vermir

Türkiyənin Qars vilayətinin Beşyol kəndinin oğlanlarına qonşu kəndlərdən heç kim qız vermir. Səbəb isə xeyli maraqlıdır.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kəndin 1100 nəfər sakini su üzünə həsrətdir.

Kəndin içməli su probleminə görə, qonşu kəndlərdən bura qız vermirlər. Kənd sakinləri məsələ ilə bağlı millət vəkilləri, aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həll olmayıb.

Kəndin məscidi olsa da, su olmadığına görə, imam kəndi tərk edib. Susuzluq səbəbindən gənclər də evlənə bilmir. Kəndin məktəbində 11 müəllim işləyir, onların da qaçıb getməməsi üçün kənd sakinləri qablarda onlara su daşıyır. Su olmadığına görə evdə çimə bilmirlər. Heyvanların su ehtiyacını təmin etmək üçün qar suyunu əridirlər. Sakinlər içməli su ehtiyacını traktor, maşın və heyvanların köməyi ilə qonşu kəndlərdən təmin edir.

Kənd sakinləri içdikləri suyun sağlamlığa zərərli olduğunu deyiblər. Onlar problem qısa zamanda həll olmazsa, kəndi tərk edəcəklərini bəyan ediblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm