Kriminal
DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda “Hyundai” və “BMW” markalı iki avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan 3 ədəd noutbuk oğurladığı məlum olub. Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M.Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.
Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları M.Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilərlər.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO