MDB
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti zamanı növbəti iclasda Ermənistan nümayəndə heyətinin iştirak formatı barədə mübahisə ediblər.
Publika.az xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.
"Sizin probleminiz nədir, Minsk bu qədər uzaqdır və sizi aparan yoxdur? Əgər lazımdırsa, biz sizi apararıq", - deyə Lukaşenko hiddətlənib.
Paşinyan cavab verib ki, o, "bu məsələ ilə bağlı artıq açıq bəyanat verib və bu bəyanat qüvvədə qalır".
Qeyd edək ki, Ermənistanın baş naziri koronavirusa yoluxduğu üçün Aİİ-nin hazırkı sammitində videobağlantı vasitəsilə danışıb. Lukaşenko tədbirdə şəxsən iştirak edib.
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO



































