Azərbaycanda 32 min manata kimyəvi maddə satan şəxs ƏLƏ KEÇDİ - FOTO
Bizi izləyin

Kriminal

Azərbaycanda 32 min manata kimyəvi maddə satan şəxs ƏLƏ KEÇDİ - FOTO

Xızıda civə satan şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.

Saxlanılan zaman E.Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm