Qadın ərindən qorxduğu üçün görün, nə etdi - Bakıda AĞLAGƏLMƏZ OLAY
Bizi izləyin

Kriminal

Qadın ərindən qorxduğu üçün görün, nə etdi - Bakıda AĞLAGƏLMƏZ OLAY

Bakıda ərindən qorxan qadın polisi aldatmağa çalışıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PŞ-yə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.

Müracətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb.

Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm