Kriminal
Elza Seyidcahan anasına görə polisə müraciət etdi - BÖYÜK DƏLƏDUZLUQ
Əməkdar artist Elza Seyidcahanın (Qasımova) anasına qarşı dələduzluq edilib.
Publika.az xəbər verir ki, bu barədə Report-a E.Seyidcahan məlumat verib.
Onun sözlərinə görə, Rasim Məmmədov və adını açıqlamadığı digər iki şəxs anasının Bakı şəhərində olan torpaq sahəsini satıb, etibarından sui-istifadə edərək dələduzluq edib: “Həmin şəxslər anamı aldadıb, torpaq sahəsini satıb, guya həmin torpaq sahəsinin əvəzinə başqa evlər verəcəkdi. Lakin onlar verdikləri vədə əməl etmədilər. Mən də hüquq-mühafizə orqanlarına müraciət etdim”.
E.Seyidcahan bildirib ki, polis əməkdaşlarının araşdırması nəticəsində R.Məmmədov və digər iki şəxs saxlanılıb: “Həmin şəxslər söz veriblər ki, bir ay ərzində anamın ya evini, yada pulunu geri qaytaracaqlar”.
Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı, polis kapitanı İrfan Gərayzadəyə minnətdarlığını bildirib.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































