Kriminal
“Öz zəhmətimlə 17 milyon manat yığmışam” - Ramiz Mehdiyev ifadə verdi
Xəbər verdiyimiz kimi, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu gün keçirilən məhkəməsində videokonfrans vasitəsilə ifadə verib.
Publika.az Xitab24.az-a istinadən bildirir ki, məhkəmə prosesində sualları cavablandıran Mehdiyev, evindən çıxan 17 milyon manatdan da danışıb.
Dövlətə xəyanətdə təqsirli bilinən “Boz kardinal” həmin pulları öz zəhməti ilə qazandığını deyib:
“1957-ci ildən işləyirəm. O pulları öz zəhmətimlə yığmışam”.
Bugünkü və daha öncə keçirilən məhkəmədə R.Mehdiyevin ailə üzvləri də ifadə veriblər.
Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Məhkəmə prosesi başa çatan Ramiz Mehdiyev 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.
Onu da əlavə edək ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi





















.png)












