Məşhur yazıçının həyat yoldaşı məhkəmədə intihar etdi - VİDEO
Bizi izləyin

Kriminal

Məşhur yazıçının həyat yoldaşı məhkəmədə intihar etdi - VİDEO

İstanbul Ədalət Sarayında baş verən intihar hadisəsinin görüntüləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Türkiyənin məşhur yazıçısı Seray Şahinərin həyat yoldaşı İbrahim Özkan sarayın 7-ci mərtəbəsindən özünü atarkən müşahidə kameralarına tuş gəlib.

35 yaşlı Özkan günorta saatlarında Appelyasiya Məhkəməsindəki iclasına qatılıb. Spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə 4 ay 5 gün həbs cəzasına məhkum edilən Özkan 7-ci mərtəbəyə qalxaraq əvvəlcə iclasın siyahısına baxıb, daha sonra özünü aşağı atıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bir neçə ay əvvəl evlənən İbrahim Özkanın intihar səbəbi bəlli deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm