Polis azərbaycanlı sürücünü 10 kilometr təqib etdi - ATƏŞ AÇMAĞA MƏCBUR OLDU
Bizi izləyin

Kriminal

Polis azərbaycanlı sürücünü 10 kilometr təqib etdi - ATƏŞ AÇMAĞA MƏCBUR OLDU

Moskvada bu gün noyabrın 23-də Azərbaycan vətəndaşı qaçırdığı VAZ 2107 markalı avtomobillə azı 30 avtomobili əzib, polislə tarana gedib, nəticədə polis ona qarşı silah işlədib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvaya qazanc dalınca getmiş azərbaycanlı qaçırdığı avtomobili sərxoş halda idarə edib.

“Jiquli”nin sahibi avtomobili küçədə saxlayaraq qapılarını bağlamayıb, hesab edib ki, bu köhnə avtomobil kiməsə gərək olmaz. Lakin azərbaycanlı fürsətdən istifadə edib avtomobili qaçırıb. Sahibi ertəsi gün avtomobilin oğurlandığını görərək polisə müraciət edib. Yol patrul müfəttişləri qaçırılan avtomobilin yerini tezliklə müəyyən ediblər və onun arxasınca düşüblər. Azərbaycanlı asanlıqla təslim olmayıb, təhlükəli manevrlər edərək polislərdən qaçmağa çalışıb və bu zaman 30-a yaxın avtomobili əzib, polis maşını ilə tarana gedib. Nəticədə onu saxlamaq üçün polislər atəş açıblar və “07”-də bir neçə dəlik açıblar. Təxminən 10 kilometrlik təqibdən sonra sürücünü saxlamaq mümkün olub, onun barəsində həbs qərarı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm