Tanınmış meyxanaçı intihar edən bacısı oğlunun şəklini paylaşdı - FOTO
Bizi izləyin

Kriminal

Tanınmış meyxanaçı intihar edən bacısı oğlunun şəklini paylaşdı - FOTO

Tanınmış meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkədə intihar edən bacısı oğlu Şamxalın fotolarını paylaşıb.

Publika.az xəbər verir ki, bacısı oğlunun fotolarını instaqram səhifəsində yerləşdirən Ələkbər Yasamallı bu sözləri yazıb:

“Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan! Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə əsgərlikdə olanda şəhid olmağı arzu edərdim. Başımız sağ olsun. Amma inanma ki, dayın səndən sonra sağ olsun. Yoxluğuna hələ də inana bilmirəm”.

Qeyd edək ki, 21 yaşlı Şamxal Niftəliyev yanvarın 18-də özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm