Bakıda məktəbli qızları oğurlamaq istəyən qadınla bağlı YENİ FAKTLAR - FOTO
Bizi izləyin

Kriminal

Bakıda məktəbli qızları oğurlamaq istəyən qadınla bağlı YENİ FAKTLAR - FOTO

Bakıda naməlum qadının məktəbli qızları aldadaraq oğurlamağa cəhd etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 32 ünvanında yerləşən

96 nömrəli məktəbin həyətində qızları aldadaraq aparmaq istəyən qadın onlara telefon verəcəyini vəd edirmiş.

Belə ki, həmin qadın iki azyaşlı qızı dilə tutaraq "gəlin gedək sizə maşından telefon verim" dediyini duyan valideynlər müdaxilə ediblər və qadın 3 kişinin olduğu maşına əyləşərək ərazidən uzaqlaşıb.

Bildirilir ki, həmin qadın 96 saylı orta məktəbdə oxuyan uşaqlardan heç birinin valideyni deyil və bir müddətdir həmin məktəbin yanına gəlib hansı uşağın valideynləri ilə, hansının tək gedib-gəldiyini izləyirmiş.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm