Bakıda külli miqdarda pul və qızıl oğurlayan dəstə yaxalandı
Bizi izləyin

Kriminal

Bakıda külli miqdarda pul və qızıl oğurlayan dəstə yaxalandı

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.

Publika.az xəbər verir ki, Bakı şəhər BPİ CAİ və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıblar.

Onların ətrafında əlavə araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm