Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı
Bizi izləyin

Kriminal

Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm