Azərbaycanda qadın həyətində narkotik bitki yetişdirib - FOTO
Bizi izləyin

Kriminal

Azərbaycanda qadın həyətində narkotik bitki yetişdirib - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hindarx qəsəbə sakinləri E. Atalıyev və A. Mirzəyeva saxlanılıblar.

E. Atalıyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətindən 14, A. Mirzəyevanın həyətyanı sahəsinə baxış keçirilən zaman isə oradan aqrotexniki qaydada qulluq edilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm