Kriminal
Azərbaycanlı “qanuni oğru”ya cinayət işi açıldı
Rusiyanın Moskva şəhərində Rəşad Gəncinski kimi tanınan “qanuni oğru” Rəşad İsmayılova qarşı cinayət işi başlanılıb.
Publika.az REN TV-yə istinadla xəbər verir ki, istintaq zamanı 2013-cü ildə Moskvada onun Ded Xasanın klanının nümayəndələri tərəfindən oğrular toplantısında “taclandırılması” məlum olub.
2015-ci ildə Moskva şəhərinə “polojenets” təyin edilən həmin şəxs paytaxtda fəaliyyət göstərən cinayətkar qruplara və Moskva bazarlarına nəzarət edib, cinayətkarlar arasında yaranan münaqişəli məsələləri həll edib.
Qeyd edək ki, Rusiyada Gəncinskiyə qarşı cinayət işinin başlanması onun Belarusda sərbəst buraxılması vaxtına təsadüf edib. Avqustun 10-da bildirilib ki, Belarus Respublikası Ali Məhkəməsi 42 yaşlı qanuni oğrunun vaxtından əvvəl azadlığa çıxmasına qərar verib.
Rəşad Gəncinski onun yüksək statusunu şübhə altına alan belaruslu qanuni oğru Aleksandr Kuşnerovla (Saşa Kuşner) silahlı münaqişə üçün Minskə gedib.
Qeyd edək ki, 2019-cu ilin iyul ayında Rəşad saxta sənədlərdən istifadə etməkdə və Belarus dövlət sərhədi boyunca silah qaçaqmalçılığında günahkar bilinərək 10 il azadlıqdan məhrum edilib.
Avqustun 7-də Ali məhkəmə məhkumun kassasiya şikayətinə baxıb.
Nəticədə İsmayılova yeni cəza tətbiq edilərkən, onun məhkum olduğu müddətlə məhdudlaşması barədə qərar qəbul edilib.
Hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzası 10 ildən səkkiz il üç ay müddətinə endiriləcək.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi