Kriminal
Evə basqın edib keçmiş arvadını amansızlıqla öldürən şəxsdən YENİ XƏBƏR
Cəlilabad rayonunda keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır.
Bu barədə Publika.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, bu il mayın 28-də rayon sakini 1976-cı il təvəllüdlü Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.
Aparılan istintaqla zərərçəkmişin keçmiş əri Cavid Bayramovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın iradəsi ziddinə mənzilinə daxil olaraq bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Cavid Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































