Kriminal
İki manata görə dava: onu 17 il həbs gözləyir
Ötən ilin avqustunda Bakının Nərimanov rayonunda 1993-ci il təvəllüdlü Samir Mehrab oğlu Məhərrəmovu qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1985-ci il təvəllüdlü Fariz Mənsim oğlu Şəhniyarov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, F.Şəhniyarov avqustun 22-nə keçən gecə metronun “Ulduz” stansiyasının yaxınlığındakı mağazaya gedib və spirtli içki alıb. O, fasiləsiz çalışan mağazanın satıcısı S.Məhərrəmovdan 4 saat ərzində bir neçə dəfə spirtli içki alıb və oradakı skamyada içib. Nəticədə Farizin Samirə 2 manat borcu yaranıb. Satıcı pulu tələb etdikdə isə tərəflər arasında mübahisə düşüb. Gecə saat 5 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedən Fariz oradan bıçağı götürərək geri qayıdıb və satıcıya hücum edərək onu bıçaqlayıb. Ağır xəsarətlər alan Samir hadisə yerində ölüb.
Bildirilib ki, Samir yaşadığı Ağcabədidən Bakıya beş ay imiş ki, işləmək məqsədilə gəlibmiş.
Məhkəmənin hökmü ilə Samir Məhərrəmovu qətlə yetirən F.Şəhniyarova 17 il azadlıqdan məhrumetmə cəzası verilib.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü