Bakıda 13 yaşlı qızı zorlayan şəxsə hökm oxundu
Bizi izləyin

Kriminal

Bakıda 13 yaşlı qızı zorlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq əməlində təqsirləndirilən Salyan rayon Seyid Sadıqlı kənd sakini, 2001-ci il təvəllüdlü Aslan Məmmədova hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, 13 yaşlı qıza qarşı zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Aslan 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq-14 yaşına çatmamış şəxsə qarşı) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Aslan Bakıda iaşə obyektində çalışıb. O, hadisə günü Dənizkənarı Milli Park ərazisində bibisi oğlu ilə gəzərkən iki yeniyetmə qızla tanış olub. Daha sonra oğlanlar yetkinlik yaşına çatmayan qızları Binəqədi rayonu ərazisində yerləşən “Darvaza Hotel”ə aparıblar. Belə ki, qızlar evlərinə getmək sitəsə də, Aslangil onları başqa yerə aparıblar. Burada gənc oğlan 13 yaşlı Selcanı (şərti adlı) hotelin otaqlarından birində cinsi istismara məruz qoyub, daha sonra isə taksi ilə paytaxtın mərkəzi istiqamətinə yola salıb.

Hadisədən xəbər tutan yeniyetmənin anası polisə müraciət edib. O, məktəbli qızına qarşı zorakılıq etmiş şəxsin cəzalandırılmasını istəyib. Bundan sonra Aslan barəsində cinayət işi açılıb və o həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm