İdman
Qurban Qurbanova təklif gəldi - “Qarabağ”dan gedir?
Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, bunu qəbul etməyib.
Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş direktoru Emrah Çelikel "beIN SPORTS"un saytına açıqlamasında deyib.
Klub rəsmisi Qurban Qurbanovun qardaş ölkə Türkiyədən təkliflər aldığını söyləyib:
"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, bunu qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır. "Qarabağ" uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb. Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib".
O, Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya mümkün keçidi ilə bağlı danışıb:
"Juninyoya rəsmi təklif göndərilib. Danışıqların ilkin mərhələsində razılığa gələ bilmədik. Lakin bu danışıqların davamı olacaq. "Sevilya" həqiqətən bu transferi həyata keçirmək istəyirsə, bizim də maraqlarımızı göz önünə almalıdır. Qış fasiləsinə Juninyo kimi forvard tapmağımız asan olmaz. Lakin istəyərdik ki, Azərbaycandan hansısa futbolçu La Liqada çıxış etsin". ("Report")
-
Maraq dünyası04:44
Oğlanın doğma anasına aldığı bahalı hədiyyə nişanlısını QƏZƏBLƏNDİRDİ
-
Sosial04:14
Yeni il bayramı ərəfəsində bazarlarda SON QİYMƏTLƏR - VİDEO
-
Avropa03:43
Sahildə ŞİDDƏTLİ DÖYÜŞ: ac köpəkbalığı nəhəng timsahı parçaladı - ANBAAN VİDEO
-
Nəqliyyat03:13
Saray körpüsündə SON VƏZİYYƏT - VİDEO
-
Ekologiya01:41
ŞOK ARAŞDIRMA - Bu bitkidə "göz" tapıldı
-
Sosial01:11
Bəzi ərazilər zülmətə qərq olacaq
-
Magazin100:45
Şəbnəm Tovuzlu efirdə ağladı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: - Xərclər sizə çox baha başa gələ bilər