Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
Bizi izləyin

Kriminal

Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu

Zaqatalada həmkəndlilər arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb.

Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra N. Muradovun bədənində 13 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkar edilib. O, təcili olaraq cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm