“Avroviziya-2024”ün qalibi mükafatını səhnədəcə SINDIRDI - VİDEO
Bizi izləyin

Magazin2

“Avroviziya-2024”ün qalibi mükafatını səhnədəcə SINDIRDI - VİDEO

“Avroviziya-2024”ün qalibi, İsveçrə təmsilçisi Nemo mikrofon formasında aldığı heykəlciyi müsabiqənin bağlanış çıxışında təsadüfən əlindən salıb sındırıb.

Publika.az xəbər verir ki, hadisənin başvermə anını canlı yayımda da izləmək mümkün olub.

Xatırladaq ki, “Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsveçdən olan müğənni Lorin olub. Nemoya da şüşə mikrofonu məhz Lorin təqdim edib.

Qeyd edək ki, 2008-ci ildən etibarən təşkilatçılar hər bir “Avroviziya” qalibini özgün şüşə mikrofonla mükafatlandırırlar. Mükafatı ilk sındıran isə 2009-cu ildə norveçli Aleksandr Rıbak olub, 2013-cü ildə isə eyni hadisə ilə Danimarka təmsilçisi də üzləşib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm