Kriminal
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminində atasını döş boşluğundan bıçaqlayıb.
22 avqust 2023-cü il tarixində şübhəli şəxs qismində tutulan Ülviyyə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin psixi pozuntular nəticəsində hadisəni anlaqsız vəziyyətdə törətməsi məlum olub.
Məhkəmənin qərarına əsasən, Ülviyyə Şükürova Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib və haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.
-
Region10:50
Təbrizdə Rəisi və Abdullahianla vida mərasimi başladı - FOTO
-
Sosial10:15
Amandır sürücü, qadın kimi sür: Millət vəkili ilə ekspertin fikirləri toqquşdu
-
Hadisə09:48
Məşhur reper canlı yayımda özünü başından vurdu - ŞOK VİDEO
-
MDB09:12
Moskva planını rəsmən açıqladı: Zelenski öldürülməlidir - VİDEO
-
Region08:20
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır” - Detallar şok edir
-
Sağlamlıq07:39
Tez-tez səyahət edənləri gözləyən ölümcül təhlükə - Bunlara diqqət etməsəniz...
-
İdman07:25
Nazir Məhəmmədi cəzalandırmağı tələb edir - Fransada LGBT qalmaqalı
-
Magazin207:10
Həyat yoldaşı aktrisaya 53 milyonluq toy hədiyyəsi bağışladı