Region
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı - Necə baş verib?
ABŞ kəşfiyyat orqanları İran prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş edərək yerə çırpılmasının qəza olduğunu düşünür.
Publika.az xəbər verir ki, bu barədə Senatda Demokratlar Partiyasının çoxluğunun lideri Çak Şumer “NBC News”a bildirib. Onun sözlərinə görə, amerikalı ekspertlər qəzanın qəsdən törədilməsinə dair heç bir dəlil tapmayıblar.
“Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava olub. Beləliklə, bu, qəza kimi görünür, lakin iş hələ də araşdırılır”, - Şumer bildirib.
Eyni zamanda, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif hesab edir ki, İran prezidentinin ölümündə ABŞ-ın əli var. Keçmiş diplomat xatırladıb ki, Vaşinqton prezidentin helikopteri üçün hissələrin tədarükünə qadağa qoyub. Onun sözlərinə görə, bu, mühərrikin aşınmasına və qəzaya səbəb olub.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Ölkədə beş günlük matəm elan edilib. Prezidentin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
