Kriminal
Bacısına və anasına sevgi mesajı yazan oğlanı görüşə çağıraraq... - Məktəbdə qanlı cinayət
Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində, 1 nömrəli məktəbin həyətində tanışını bıçaqlayan 2006-cı il təvəllüdlü Elgün Rzayev həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr tarixli hökmü ilə 18 yaşlı oğlan məhkəmə zalında həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Elgünün bıçaqladığı 2003-cü il təvəllüdlü Fəqan adlı şəxs onun tanışı olub. Fəqan bir neçə dəfə E. Rzayevin bacısına sevgi mesajı yazıb, hətta onun anasının telefonuna da yazaraq qızından xoşu gəldiyini bildirib.
Bunu öyrənən Elgün Rzayev bu ilin 26 iyun tarixində Fəqanı görüşə çağırıb və onu gecə saat 1 radələrində Şərur şəhərindəki məktəbin həyətinə aparıb. Burada Elgün bıçaq çıxararaq Fəqana 3 zərbə endirib. Sonuncu dalağın və sol böyrəyin zədələnməsi, daxili qanaxma ilə nəticələnən bel nahiyəsinin sol yarısının üç yerdən deşilmiş yaraları, qanitirmə (təxminən 1,5 litr), hemorragik şok diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə E. Rzayev 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 18 yaşlı oğlan məhkəmə zalında həbs edilib.
Turqut Seyidov
-
Elm və təhsil19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı


























.jpg)






.jpg)

.jpg)
