Zirehli qatarın sirri açıldı – Kəşfiyyatdan AÇIQLAMA - FOTO/VİDEO
Bizi izləyin

Digər

Zirehli qatarın sirri açıldı – Kəşfiyyatdan AÇIQLAMA - FOTO/VİDEO

Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın 26-27 mart tarixlərində Çinə xüsusi qatarla səfər etdiyini təsdiqləyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Çoson ilbo” qəzeti bildirib.

“Kim Çen In həqiqətən Çinə baş çəkib”, - qəzet kəşfiyyat orqanlarındakı yüksək vəzifəli mənbəyə istinad edərək yazır.

Daha əvvəl Cənubi Koreyanın “Xankyore simbun” qəzeti iddia edirdi ki, Şimali Koreya lideri martın 26-da Pekində Çin Kommunist Partiyasının yüksək vəzifəli xadimləri, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Bununla belə, Cənubi Koreya hökuməti bu məlumatlaıI hələ rəsmən təsdiq etmir. Çin və KXDR-in dövlət KİV-ləri də bu məsələ ilə bağlı hələlik heç bir məlumat vermir.

Xatırladaq ki, Şimali Koreya liderinin Çinə səfər etdiyi barədə iddia ilə “Business İnsider” nəşri çıxış edib. İddiaya görə, Kim Çen In Şimali Koreyanın yüksək vəzifəli hökumət nümayəndələrindən ibarət heyətlə Çinə gizli səfər edib.

“Business İnsider” nəşrində dərc olunan məqalədə yazılana görə, Pekində Şimali Koreyadan gələn müəmmalı qatar gözə dəyib. Həmin qatarla əlaqədar Çinin dəmiryolu reyslərinin qrafikində ciddi pozuntular meydana gəlib. İddiaya görə, bu, KXDR-in keçmiş lideri Kim Çen İrin Pekinə səfər etdiyi həmin zirehli qatardır.

Məlumatda qeyd olunur ki, həmin qatar Çinin paytaxtına gələn zaman şəhərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Bundan başqa dəmiryolu stansiyası yaxınlığında dövlət başçılarının daşındığı limuzin və motosikletlərdə olan polislərdən ibarət kortecin hərəkəti müşahidə olunub.

Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər etdiyini iddia edən həmin görüntü Tvitterdə yayılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm