Digər
Rusiya qoşunları ABŞ bazasına girdi – Vaşinqton geri çəkilir
Rusiya qoşunları Nigerdə ABŞ hərbi bazasının ərazisinə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi məlumat yayıb.
Rusiya qoşunlarının bu addımı atması Niger hakimiyyətinin 1000 amerikalı əsgərin ölkədən çıxarılması tələbi fonunda baş verib və Nigerə dəstək məqsədi daşıyır. Hazırda Rusiya hərbçilərinin ABŞ-a məxsus 101-ci aviabaza ərazisində olduğu, hansı addımlar atdığı araşdırılır.
Pentaqondakı mənbə “Röyters”ə baş verənlərin yaxşı olmadığını, lakin qısa müddət ərzində proseslərin nəzarətə götürələcəyini bildirib. Vaşinqton isə Niger hakimiyyətinə ABŞ hərbçilərinin bazada rus hərbçilərlə birlikdə qala bilməyəcəyini deyib.
Məlumatlara görə, Niger və Çad Rusiyanın dəstəyi ilə ölkə ərazisindəki amerikalı hərbçiləri çıxarmaq niyyətindədir. “Politico” nəşri mənbələrinə istinadən yazır ki, Ağ Ev Afrika siyasətinin Rusiya qarşısında uğursuzluğa düçar olduğunu etiraf edir.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































