Qayıq çayda aşdı: 10 ölü
Bizi izləyin

Digər

Qayıq çayda aşdı: 10 ölü

Mahandi çayının Hindistanın Odişa ştatından keçən hissəsində qayığın aşması nəticəsində 10 nəfər boğulub.

Publika.az xəbər verir ki, onlardan 8-i uşaqdır. Qəzanın 20 nəfərlik qayığa 55 nəfərin minməsi səbəbindən baş verdiyi bildirilib.

Odişa ştatının Baş naziri Nəvin Patnaik ölənlərin ailələrinə 6 min dollaradək yardım ayıracaqlarını, xəsarət alanların isə pulsuz müalicə olunacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm