Hava limanında silahlı hücum - PARTLADACAM
Bizi izləyin

Digər

Hava limanında silahlı hücum - PARTLADACAM

Avstraliyada hava limanında üzərində bomba olduğunu deyən bir nəfər xarici xətlər terminalında bıçaqla insanlara hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Brisbane hava limanında baş verən hadisə ilə bağlı polis insanlara xəbərdarlıq edib.

Əli silahlı şəxs hava limanını partlatmaqla ətrafdakıları hədələyib.

Avstraliya polisi tvitterdə yaydığı açıqlamada əhalini bölgədən uzaq durmağa çağırıb. Hadisə yerinə çoxsaylı polis gəlib. Hava limanındakı sərnişinlər təxliyə edilib. Hava limanı yaxınlığındakı bütün qatar səfərləri də təxirə salınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm