SON DƏQİQƏ: Ordu paytaxta girib xalqa müdaxilə etdi - Ölənlər var - (YENİLƏNDİ)
Bizi izləyin

Digər

SON DƏQİQƏ: Ordu paytaxta girib xalqa müdaxilə etdi - Ölənlər var - (YENİLƏNDİ)

13:15

Sudan ordusunun Müdafiə Nazirliyi binasının qarşısında etirazçıların düşərgələrini dağıtması nəticəsində ən az 5 nəfər ölüb.

Publika.az xəbər verir ki, sabiq baş nazir Sadiq əl-Mehdinin liderlik etdiyi Milli Ümmət Partiyası Sudan xalqını küçələrə çağırıb və paytaxtda, həmçinin digər şəhərlərdə etiraz aksiyaları təşkil etməyə dəvət edib.

Partiyadan verilən açıqlamada ordunun xalqa müdaxilə etməsi qınanılıb və Hərbi Şuranın etirazçılara kobud davranışının cinayət olduğu bildirilib.
Bundan başqa, hadisə şahidlərə etirazçılara liderlik edən müxalif Azadlıq və İslahatlar Bəyannaməsi Qüvvələrinin idarəçilərindən olan Mədəni Abbasın yaralandığını deyib. Fəalların yayımladığı görüntülərdə Abbasın geyiminin parçalandığı, əl və çiynindən yaralandığı görünür.
Azadlıq və İslahatlar Bəyannaməsi Qüvvələri Hərbi Şuranın buraxılmasını tələb edib. Onlar bildirib ki, iqtidara gəlmək istəyən hərbi Şura qanlı müdaxilə ilə gerçək üzünü xalqa göstərib.

----------

11:00

Sudanda ordu xalqın etiraz aksiyasına müdaxilə edib.

Publika.az xəbər verir ki, paytaxt Xartum şəhərində Müdafiə Nazirliyinin binası qarşısında həftələrdir dinc aksiya keçirən etirazçılara müdaxilə nəticəsində 2 nəfər ölüb.

Yerli mənbələr meydanda etirazçılar tərəfindən qurulan çadırların yandığını və tez-tez silah səslərinin gəldiyini bildirir.

Ordu Xartumda bir çox küçəni bağlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm