Çin HƏRƏKƏTƏ KEÇDİ - Kim Çen Inla bağlı YENİ XƏBƏR
Bizi izləyin

Digər

Çin HƏRƏKƏTƏ KEÇDİ - Kim Çen Inla bağlı YENİ XƏBƏR

Çin hökuməti Şimali Koreya lideri Kim Çen Inınsəhhətinə nəzarət etmək və məsləhətlər vermək məsədilə bu ölkəyə həkim heyəti göndərib.

Publika.az xəbər verir ki, “Röyters” agentliyinin 3 qaynaqdan əldə etdiyi məlumata görə, Pekindən Şimali Koreyaya səfər edən heyətə Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr üzrə katibi rəhbərlik edir.

Mövzunun həssas olduğunu nəzərə alaraq Pxenyana yollanan şəxslərin kimliyi açıqlanmır.

ABŞ kəşfiyyatına yaxın bir mənbənin agentliyə bildirdiyinə görə, Kim Çen Inın səhhətində problem olsa da, onun ciddi xəstə olması və ya nəticədə ictimaiyyət qarşısında görünə bilməməsi barədə heç bir əsas yoxdur.

CNN kanalı, Kim Çen Inın əməliyyat keçirdiyini və vəziyyətinin ağır olduğunu iddia edərək, Şimali Koreya liderinin ürək əməliyyatı keçirdiyini və həyatı üçün ciddi təhlükə olduğunu iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm