Sağlamlıq
Zəncirotunun faydaları nələrdir?
Parlaq sarı çiçəkləri və dişli yarpaqları ilə tanınan zəncirotu (Dandelion) bağlarda və tarlalarda bitir və çox vaxt alaq otu hesab olunur. Bu yabanı bitkinin antioksidantlarının bilmədiyimiz faydalı tərəfləri var.
Publika.az xəbər verir ki, elmi olaraq “Taraxacum officinale” kimi tanınan zəncirotu dünyanın müxtəlif yerlərində geniş yayılmış yabanı bitkidir. Bu bitkinin yarpaqları, çiçəkləri və kökləri salatlarda, çaylarda və bitki mənşəli dərmanlarda istehlak edilə bilər.
Zəncirotunun yarpaqları A, C və K vitaminləri, kalium və dəmir kimi minerallarla zəngindir. Bu bitki qaraciyər funksiyasını dəstəkləmək və toksinlərin bədəndən çıxarılmasını təşviq etmək üçün istifadə edilə bilər. Yüngül sidikqovucu təsiri və iştahı artırması ilə qəbizlik və şişkinlik kimi problemləri aradan qaldırmağa kömək edir. Stresslə mübarizə aparan və xroniki xəstəlik riskini azalda bilən antioksidant birləşmələrə malikdir.

Tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirə və infeksiyalarla mübarizə aparmağa kömək edə bilər. Bəzi ilkin tədqiqatlar bu bitkinin xərçəng əleyhinə xüsusiyyətlərə malik ola biləcəyini də irəli sürüb. Qan şəkərini tənzimləmək üçün mütəmadi olaraq zəncirotu çayı istehlak edə bilərsiniz.
Lakin bəzi insanların zəncirotuna alergiyası ola bilər, dəri səpgiləri və ya tənəffüs problemləri ilə qarşılaşa bilər.
Roza Şəfiyeva
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı






































