Dünya
İŞİD-ə ağır zərbə: iki ölkədəki lideri öldürüldü
İŞİD terror təşkilatının Əfqanıstan və Pakistan bölgəsində bir nömrəli adamı olan Hafez Sayed Əfqanıstanın Nangarhar şəhərində öldürülüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Kəşfiyyat Təşkilatının (NDS) tərəfindən verilən yazılı açıqlamada deyilir.
Hafez Sayedin NATO güclərinin həyata keçirdiyi hava hücumunda öldürüldüyü bildirilir. Əməliyyat zamanı həmçinin İŞİD-in 30 üzvü öldürülüb.
Məlumata görə, ötən ildən Əfqanıstanın şərq və cənub bölgələrində Talibanın bəzi üzvləri İŞİD-ə qatılaraq ölkədə İŞİD üçün döyüşçülər toplayır. Son vaxtlar ölkənin şərqində İŞİD və Taliban üzvləri arasında tez-tez qarşıdurmaların baş verdiyi deyilir.
Xatirladaq ki, ötən həftə Nangarhar şəhərində həyata keçirilən hava hücumu ilə İŞİD-in Əfqanıstandakı iki nömrəli adamı kimi tanınan Gül Zaman öldürülmüşdü.
Ömər Dağlı
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək